Sinus lift əməliyyatı – üst çənə sümüyünün qalınlığını artırmaq üçün tətbiq olunan bir prosedurdur. Xüsusən üst çənədəki arxa bölgədə yerləşən azı dişləri itirildikdə və ya çənə sümüyü incəldikdə implant yerləşdirmə çətinləşir. Bu hallarda sinus lift əməliyyatı ilə sinus boşluğunun alt hissəsi qaldırılır və altına sümük materialı əlavə edilir. Bu prosedur sayəsində çənə sümüyü qalınlaşdırılır və implant üçün uyğun şərait yaradılır. Əməliyyat təcrübəli stomatoloqlar tərəfindən, tam sterillik şəraitində və xəstənin rahatlığını təmin edəcək anesteziya altında həyata keçirilir.
Sinus Lift Əməliyyatının Vacibliyi
Sinus lift əməliyyatı çənə sümüyünün yetərsiz olduğu hallarda icra olunur və aşağıdakı əsas üstünlükləri təmin edir:
— Davamlılıq və Stabillik: Əməliyyat vasitəsilə implantın daha uzunmüddətli olmasını təmin edir.
— Estetik Görünüş: Çənənin təbii görünüşünü qoruyur və dişsizliyi gizlədir.
— İstifadə Rahatlığı: Gündəlik həyatınıza çətinlik olmadan davam etməyə imkan verir.
— Sinus infeksiyası və ya digər sinus problemləri mövcud olan şəxslər
— Hipertezli olan və ya qan durulaşdırıcı dərmanlar qəbul edən şəxslər
— Güclü diş əti xəstəlikləri və ya zəif sümük toxuması olan şəxslər
* Nisbi Əks göstərişlər - cərrahi müdaxilə olunmazdan öncə aradan qaldırılmalıdır
— Xroniki allergik sinusitə malik olanlarda əməliyyat sonrası çətinliklər yarana bilər.
Əməliyyat öncəsi və sonrası istifadə edilən dərmanlar adətən infeksiyaların qarşısını almaq, ağrıları azaltmaq və sağalma prosesini sürətləndirmək məqsədilə təyin olunur. Ən çox istifadə edilən dərman preparatlarına aşağıdakılar daxildir:
— Antibiotiklər (məsələn, Amoxicillin, Augmentin, Azitromisin): İnfeksiyanın qarşısını almaq üçün.
— Ağrıkəsicilər (məsələn, Ibuprofen, Paracetamol): Əməliyyat sonrası ağrı və narahatlığı azaltmaq üçün.
— Antiinflamatuar dərmanlar: Şişkinliyi və ağrını azaltmaq məqsədilə.
— Ağız yaxalayıcılar: Yaraların infeksiyadan qorunması üçün antiseptik təsirli yaxalayıcılar.
Sinus lift əməliyyatı barədə daha ətraflı məlumat və məsləhət üçün mütəxəssis stomatoloqunuzla görüşməyiniz tövsiyə olunur.
Əməliyyat lokal anesteziya altında aparılır, xəstənin istəyi ilə əməliyyat Sedasiya ilə (yuxuda) aparıla həyata keçirilə bilər;
Собственная анестезиология. Врач анестезиолог на операции
До 13% на все манипуляции
Примерка будущей улыбки до начала лечения