
ƏvvəlSonra
İmplantoloq · Rəqəmsal stomatologiya · Klinikanın qurucusu
2014-cü ildən komandada·12 il
Dillər: azərbaycan, rus, ingilis
Şəxsi peşəkar saytı: implantoloq.az
Smile by Dr. Bakhtiyar klinikasında · Babək prospekti 1131, Babək Plaza, Bakı
Dr. Bəxtiyar Əliyev — Smile by Dr. Bakhtiyar klinikasının qurucusu və rəhbəri, implantoloqdur. Fəaliyyətinin əsas istiqaməti dental implantasiya, diş cərrahiyyəsi və rəqəmsal stomatologiyadır.
Klinikada implantasiyanı, sinus liftinq və sümük köçürmə kimi cərrahi müdaxilələri şəxsən aparır. Hər əməliyyat əvvəlcədən 3D KLKT (konusşüalı tomoqrafiya) əsasında kompüterdə planlaşdırılır. Klinikada NeoBiotech, MegaGen AnyRidge və Straumann BLT implant sistemləri ilə işləyir; hansı sistemin uyğun olduğunu müayinə və 3D diaqnostikadan sonra fərdi izah edir.
Vinir və gülüş estetikası işlərində rəqəmsal gülüş dizaynını özü qurur: pasiyent gələcək nəticəni müalicədən əvvəl ekranda görür və plan birlikdə razılaşdırılır. Protezləmə və implant üzəri protez işləri də onun istiqamətidir.
Komanda işi və referativ praktika prinsipi ilə işləyir — pasiyent hər mərhələdə uyğun mütəxəssisə yönləndirilir, müalicəçi həkim isə prosesi koordinasiya edir. Saytdakı pasiyent təhsili məqalələrinin böyük hissəsinin müəllifidir.
Bu xidmətlər klinikada Dr. Bəxtiyar Əliyev tərəfindən aparılır.
Klinikanın rəsmi sənədləri səhifəsində baxıla bilər.
Müalicədən əvvəl və sonra — həkimin əsas həkim və ya komanda üzvü kimi iştirak etdiyi real hallar.

ƏvvəlSonra
ƏvvəlSonra
ƏvvəlSonra