Tez-tez verilən suallar
Ən çox verilən suallara qısa cavablar və ətraflı izahın olduğu səhifəyə keçid. Hər mövzunun tam cavabı müvafiq xidmət səhifəsində və ya məqalədədir.
İmplantasiya
İmplant kimə uyğun gəlir, kimə gəlmir?
Bir, bir neçə və ya bütün dişlərini itirmiş, ümumi sağlamlığı və ağız gigiyenası cərrahiyyəyə imkan verən yetkin pasiyentlərə. Uyğunluq müayinə, tibbi tarixçə və lazım olduqda 3D tomoqrafiya ilə qiymətləndirilir — hər kəs üçün eyni cavab yoxdur.
Dental implantasiya haqqındaİmplant üçün sümük kifayət etmirsə nə olur?
Sümüyün hündürlüyü və eni 3D görüntüləmə ilə ölçülür. Hər çatışmazlıq eyni deyil: bəzən daha qısa və ya bucaq altında implant, bəzən sümük artırılması və ya üst çənədə sinus lift lazım ola bilər. Qərar ölçmələrdən sonra verilir.
Sümük kifayət etmədikdə variantlarİmplantın qiymətinə nə daxildir və nəyə görə dəyişir?
İmplant sistemindən, sayından, sümük artırılması ehtiyacından, protezin növündən və müvəqqəti həllərdən. Cari qiymətlər Qiymətlər səhifəsində açıqdır; yekun məbləğ müayinədən sonra yazılı planla verilir.
Qiymət strukturu izahıİmplant neçə il xidmət edir?
Sistematik icmallara görə müasir implantların böyük əksəriyyəti 10 il sonra da yerindədir. Nəticəyə gigiyena, müntəzəm nəzarət, siqaret, ümumi xəstəliklər və qapanış yükü təsir edir; «ömürlük zəmanət» tibbi cəhətdən doğru ifadə deyil.
İmplantın ömrüİmplant əməliyyatından sonra ilk günlərdə nə gözləmək olar?
İlk 2–3 gün şişkinlik və narahatlıq gözlənilən reaksiyadır, sonra azalır. Yumşaq qida, təyin olunan dərmanlar, siqaretdən çəkinmə əsas qaydalardır. Artan ağrı, dayanmayan qanama və hərarət klinikaya müraciət səbəbidir.
İlk günlər bələdçisiAll-on-4 / tam çənə
All-on-4 nədir?
Tam dişsiz çənədə dörd implant — iki düz ön, iki meyilli arxa — üzərində sabit tam çənə protezi konsepsiyasıdır. Çıxan protezin alternatividir, amma hər pasiyentə avtomatik uyğun deyil; sümüyün paylanması və qapanış birlikdə qiymətləndirilir.
All-on-4 müalicəsiAll-on-4 ilə All-on-6 arasında hansı fərq var?
Protezi daşıyan implantların sayı: dörd və ya altı. Altı implant yükü daha çox nöqtəyə paylayır, amma daha çox sümük tələb edir; dörd implant meyilli yerləşdirmə ilə arxa sümük çatışmazlığından yan keçir. Seçim anatomiyaya görə edilir.
All-on-4 və All-on-6 müqayisəsiSümük az olanda All-on-4 edilə bilərmi?
Çox vaxt bəli — meyilli implantlar sinus və sinirdən yan keçməyə imkan verir. Amma bu, sümük artırılmasını həmişə aradan qaldırmır; ön hissədə sümük çatmırsa əlavə prosedur və ya başqa konsept lazım ola bilər. Qərar 3D ölçmələrə görə verilir.
All-on-4 planlaşdırmasıEstetik stomatologiya və protezləmə
Vinir yoxsa qapaq — hansı seçim uyğundur?
Vinir dişin ön səthini örtən nazik təbəqədir və sağlam dişdə minimal yonulma ilə estetik düzəliş verir; qapaq dişi bütövlükdə əhatə edir və ciddi zədə, böyük plomb və ya kanal müalicəsi olan dişlərdə seçilir. Qərar dişin vəziyyətinə görə verilir.
Vinir və qapaq müqayisəsiE-max yoxsa zirkon?
E-max (litium disilikat) estetik baxımdan ön dişlərdə üstündür, zirkon isə daha davamlıdır və arxa dişlər, körpü və yüksək qapanış yükü üçün seçilir. Material dişin yerinə, qapanışa və estetik tələbə görə seçilir.
Material müqayisəsiVinir neçə il qalır?
Klinik tədqiqatlarda keramik vinirlərin böyük əksəriyyəti 10 il sonra da yerindədir; ömür qapanış yükü, bruksizm, gigiyena və hazırlanma keyfiyyətindən asılıdır. Gecə diş sıxan pasiyentlərdə qoruyucu kappa tövsiyə olunur.
Vinirin ömrüGülüş dizaynı nədir?
Dişlərin forması, nisbəti, rəngi və diş əti xəttinin üzə uyğun planlanmasıdır; rəqəmsal foto və skan əsasında əvvəlcə virtual, sonra müvəqqəti materialda sınaqdan keçirilir. Nəticə yalnız estetik yox, funksional (qapanış) tələblərə də uyğun olmalıdır.
Gülüş dizaynıDiş ağardılması təhlükəsizdirmi?
Həkim nəzarətində, sağlam diş və diş ətində aparılan ağartma təhlükəsiz sayılır; müvəqqəti həssaslıq mümkündür. Plomb və qapaqlar ağarmır, buna görə plan əvvəlcədən müayinə ilə qurulur.
Diş ağardılması xidmətiÇənə oynağı
Çənə oynağındakı klik və səs narahatlıq səbəbidirmi?
Ağrısız, sabit klik əhalidə tez-tez rast gəlinir və tək başına müalicə tələb etmir. Ağrı, kilidlənmə, ağız açmada məhdudluq və ya çeynəmə çətinliyi ilə birlikdədirsə, klinik qiymətləndirmə lazımdır.
Çənə oynağı qiymətləndirilməsiÇənə oynağı ağrısında MRT və ya CBCT lazımdır?
Hər pasiyentə yox — diaqnoz əsasən klinik müayinəyə söykənir. MRT disk və yumşaq toxuma sualında, CBCT sümük dəyişikliyi şübhəsində, yalnız nəticəni dəyişəcəksə təyin edilir.
TMJ görüntüləmə bələdçisiSplint hər kəsə lazımdır?
Xeyr. Splint universal həll deyil; məqsədi və dizaynı klinik vəziyyətə görə seçilir — əzələ yükünü azaltmaq, bruksizmin təsirini yumşaltmaq və ya bərpa planından əvvəl çənə mövqeyini yoxlamaq. Nəzarətlə, müəyyən müddət istifadə olunur.
Splint müalicəsiBruksizm çənə oynağına təsir edirmi?
Diş sıxma və qıcama əzələ və oynağa yük verə bilər və əzələ ağrısı, səhər yorğunluğu, diş aşınması ilə birlikdə görünə bilər. Amma bruksizm hər kəsdə oynaq problemi yaratmır — əlaqə fərdi qiymətləndirilir.
Bruksizm və gecə aparatıOrtodontiya
Breket yoxsa şəffaf elayner?
Yüngül-orta diş sıxlığında elayner rahatlıq və estetika baxımından uyğun ola bilər; mürəkkəb hərəkətlərdə (böyük fırlanma, kök bucağı, uzatma) breket daha proqnozlaşdırıla bilən nəzarət verir. Seçim ortodontik müayinə və rentgen analizi ilə edilir.
Breket və elayner müqayisəsiBreket üçün hansı rentgen lazımdır?
Standart olaraq panoramik və lateral sefalometrik rentgen: biri dişləri və kökləri, digəri çənələrin skeletal münasibətini göstərir. CBCT rutin deyil — yalnız impakt diş, kök rezorbsiyası şübhəsi və ya cərrahi hallarda əlavə olunur.
Ortodontik görüntüləməAğıl dişləri breket müalicəsinə mane olurmu?
Həmişə yox. Ağıl dişinin vəziyyəti (yer, çıxma istiqaməti, qonşu dişə təzyiq) plana görə qiymətləndirilir; bəzən çəkilmə planın hissəsi olur, bəzən dişlər saxlanılır. Qərarı ortodont və cərrah birlikdə verir.
Ağıl dişləri və breketKanal müalicəsi
Kanal müalicəsi ağrılıdırmı?
Yerli anesteziya sayəsində müalicə zamanı əksər pasiyentlər ağrı hiss etmir; təzyiq və vibrasiya normaldır. Müalicədən sonra bir neçə gün dişləyəndə həssaslıq gözləniləndir və sürətlə azalır; artan ağrı yoxlanılmalıdır.
Kanal müalicəsində ağrıDiş absesi öz-özünə keçirmi?
Xeyr. Ağrı müvəqqəti azalsa da, infeksiya mənbəyi (dişin içi) müalicə olunmasa davam edir. Əsas müalicə kanalın açılması və drenajdır; antibiotik yalnız yayılma əlamətlərində, həkim təyinatı ilə əlavə edilir.
Diş absesi əlamətləriKanal müalicəsi niyə bəzən bir neçə seans tələb edir?
Aktiv infeksiya, kök ucunda böyük iltihab ocağı, mürəkkəb kanal anatomiyası və ya təkrar müalicə hallarında kanal içinə dərman qoyulub sağalma gözlənilir. Seans sayı keyfiyyətə çatmaq üçün vasitədir, məqsəd deyil.
Kanal müalicəsi xidmətiKaries və plomb
Mütəmadi fırçalayıram — bəs niyə yenə karies yaranır?
Fırçalama tək amil deyil: şəkərli qidanın tezliyi, dişarası təmizlik, tüpürcəyin tərkibi və fərdi meyillilik də rol oynayır. Ona görə karies ən çox dişlərin arasında və çeynəmə səthinin çuxurlarında yaranır. Diş ipi, az şəkər və 6 aylıq müayinə riski azaldır.
Karies müalicəsiDiş ağrımırsa, kariesi müalicə etdirmək lazımdırmı?
Bəli. İlkin mərhələdə karies ağrı vermir, amma dərinləşib dişin sinirinə çata bilər. Erkən tutulanda sadə plombla bitir, gecikəndə kanal müalicəsi və ya qapaq tələb oluna bilər.
Karies müalicəsiPlombdan sonra diş ağrıya bilərmi?
Dərin kariesdən sonra soyuğa və dişləməyə qısa müddətli həssaslıq normaldır və tədricən keçir. Ağrı güclənirsə, gecə oyadırsa və ya 2 həftədən çox çəkirsə, həkimə göstərin — plombun hündürlüyü düzəldilə və ya kanal müalicəsi lazım ola bilər.
Karies müalicəsiPlomb neçə il qalır və köhnə plombu dəyişmək lazımdırmı?
Keyfiyyətli kompozit plomb orta hesabla 5–10 il, düzgün qulluqla daha çox xidmət edir. Yaxşı oturan, kənarında boşluq və karies olmayan köhnə plomb yalnız yaşına görə dəyişdirilmir; qərar müayinə və lazım olduqda rentgenlə verilir.
Karies müalicəsiKöhnə plombun altında karies olduğunu necə bilmək olar?
Evdə çətindir — plomb altındakı karies uzun müddət ağrısız gedir. Kənarda qaralma, qida ilişməsi, şirinə/soyuğa həssaslıq şübhə yaradır; dəqiq cavabı müayinə və bitewing rentgen verir. Buna görə 6 ayda bir nəzarət vacibdir.
Karies müalicəsiDiş cərrahiyyəsi
Hər ağıl dişi çəkilməlidir?
Xeyr. Təkrar iltihab, təmizlənməyən karies, qonşu dişə zərər və ya kist olduqda çəkilmə tövsiyə olunur; simptomsuz, düzgün çıxmış diş saxlanıla bilər. Simptomsuz impakt dişlərdə çəkilmə ilə izləmə arasında qərar fərdidir.
Müdriklik dişi çəkilməsiQuru yuva nədir və necə tanınır?
Diş çəkildikdən sonra yuvadakı laxtanın itməsi ilə sümüyün açıq qalmasıdır: 1–3-cü gündə başlayan, azalmaq əvəzinə güclənən və qulağa yayılan ağrı. İnfeksiya deyil — həkim yuvanı yuyub sakitləşdirici sarğı qoyur.
Quru yuva (alveolit)Sinus lift nə vaxt lazımdır?
Üst çənənin arxa hissəsində diş itkisindən sonra sinus altında qalan sümük implant üçün kifayət etməyəndə. Lateral və ya krestal üsul qalıq sümüyün hündürlüyünə və sinusun anatomiyasına görə seçilir; aktiv sinus xəstəliyində əməliyyat təxirə salınır.
Sinus liftRentgen və diaqnostika
Dental rentgen təhlükəlidirmi?
Diş rentgeni ionlaşdırıcı şüa istifadə edir, amma dozası çox aşağıdır (intraoral 2–5 µSv, panorama 10–24 µSv). Klinik göstərişlə çəkildikdə fayda riski üstələyir; səbəbsiz təkrar çəkiliş isə yolverilməzdir. Rəsmi illik limit yoxdur.
Doza və təhlükəsizlikHamiləlikdə diş rentgeni çəkdirmək olarmı?
Bəli — göstərişi olan rentgen (ağrı, iltihab, travma) heç bir trimestrdə təxirə salınmır; ACOG-a görə diş rentgeni dölə zərərlə əlaqələndirilmir. Təcili olmayan müayinə istəyə görə doğuşdan sonraya keçirilə bilər.
Hamiləlikdə rentgenCBCT nə vaxt lazımdır?
Yalnız klinik müayinə və 2D rentgen sualı cavablamayanda və 3D məlumat qərarı dəyişəcəksə: implant planı, mürəkkəb kanal müalicəsi, sinirə yaxın ağıl dişi, impakt diş, sinus və travma. Dozası panoramadan qat-qat yüksəkdir, buna görə hər çəkiliş əsaslandırılır.
CBCT göstərişləriRentgen nəticəsini başqa həkimə aparmaq olar?
Bəli — bu, pasiyentin hüququdur. Nəticə orijinal DICOM formatında verilməlidir; CD, USB və ya bulud arasında tibbi fərq yoxdur. Rəsmi «keçərlilik müddəti» yoxdur — yararlılığı müalicənin məqsədi və dəyişikliklər müəyyən edir.
Nəticənin daşınması və formatıUşaqlar
Uşağım gecə diş ağrısından oyanıb — evdə nə edə bilərəm?
Yaşa və çəkiyə uyğun dozada ibuprofen və ya parasetamol ağrını müvəqqəti azalda bilər (doza qablaşdırma təlimatı və ya pediatr tövsiyəsi ilə). Uşağa aspirin verməyin, dişə/diş ətinə aspirin və keyidici gel qoymayın. Səhər ilk imkanda həkimə, üzdə şişkinlik və hərarət varsa dərhal təcili yardıma müraciət edin.
Uşaq stomatologiyasıUşağa sedasiya ilə diş müalicəsi etmək olarmı?
Klinik göstəriş olduqda bəli: kresloda əməkdaşlıq edə bilməyən, güclü qorxusu və ya böyük həcmli müalicə ehtiyacı olan uşaqlarda şənləndirici qaz və ya ümumi anesteziya nəzərdən keçirilir. Qərar müayinə və anestezioloji qiymətləndirmədən sonra verilir.
Sedasiya ilə müalicəUşaqlarda diş rentgeni təhlükəsizdirmi?
Uşaq toxumaları böyüklərdən həssasdır, buna görə rentgen yalnız konkret klinik sual üçün, uşağa uyğun parametrlərlə və ən kiçik sahə ilə çəkilir — belə çəkilişin faydası riskini üstələyir. Rutin «yaşa görə» rentgen tövsiyə olunmur.
Uşaqlarda rentgenSüd dişlərinin kariesi müalicə olunmalıdır?
Bəli. Süd dişləri daimi dişlərə yer saxlayır, çeynəmə və danışıq üçün lazımdır; müalicəsiz karies ağrı, abses və altdakı daimi dişin zədələnməsi ilə nəticələnə bilər. «Onsuz da düşəcək» yanaşması düzgün deyil.
Süd dişlərinin kariesiUşağa flüorlu pasta vermək olar?
Bəli, ilk dişdən — yaşa uyğun miqdarda: 3 yaşa qədər sürtmə (düyü dənəsi), 3–6 yaşda noxud qədər, valideyn nəzarətində. Flüorlu pasta kariesi anlamlı azaldır; ehtiyat yalnız pastanın udulmasıdır.
Flüor və diş sağlamlığıGigiyena və diş əti
Peşəkar diş təmizliyi nə qədər tez-tez lazımdır?
Fərdidir: sağlam diş ətində adətən 6–12 aydan bir, parodontit, diabet və ya siqaret olanlarda daha sıx. Diş daşı evdə təmizlənmir; peşəkar təmizlik diş əti xəstəliyinin qarşısının alınmasının əsasıdır.
Peşəkar gigiyena xidmətiDiş əti qanaması nə deməkdir?
Fırçalayanda qanama çox vaxt gingivitin ilk əlamətidir və bu mərhələdə müalicə asandır; davam edərsə, sümüyə keçən iltihaba (parodontit) çevrilə bilər. Erkən müayinə və peşəkar təmizlik dişlərin saxlanması üçün ən vacib addımdır.
Diş əti xəstəliyiDiabet diş sağlamlığına necə təsir edir?
Nəzarətsiz diabet diş əti xəstəliyi riskini artırır, parodontit isə qan şəkərinin nəzarətini pisləşdirir — əlaqə iki tərəflidir. Nəzarətdə olan diabetdə müalicə və implant sağlam pasiyentə yaxın proqnozla mümkündür; diş həkimi–endokrinoloq əməkdaşlığı faydalıdır.
Diabet və diş sağlamlığıHansı xidmətə ehtiyacınız olduğunu bilmirsiniz?
Konsultasiya Alın